Ana Sayfa > Karusel / Gündəm > Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada öldü

Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada öldü


16-03-2022, 10:50. Yazar: Admin

Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada ölüb.

Bu barədə Qarabaginfo.az-a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qəza nəticəsində Sumqayıt Təcili Tibbi Yardım Stansiyasına verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan 16 nəfərdən 9 nəfər stasionar müalicəyə cəlb olunub, onlardan ağır vəziyyətdə olan 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. 7 nəfərə isə ambulator xidmət göstərilib:

"Martın 16-da səhər saatlarında aparılan müalicə tədbirlərinə baxmayaraq "Hunday Santa Fe" markalı minik avtomobilinin sərnişini, Qobustan rayonu, Şıxzərli kəndində qeydiyyatda olan 1965-ci il təvəllüdlü Hümbətova Tamella Tərxan qızı vəfat edib".

 


Geri dön