Ana Sayfa > Karusel / Qarabağ > Qarabağa çəkilən yollarla bağlı yeni məlumat
Qarabağa çəkilən yollarla bağlı yeni məlumat16-03-2022, 10:33. Yazar: Admin |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb. Qarabaginfo.az məlumatı təqdim edir: 1. Füzuli -– Hadrut avtomobil yolu - texniki göstəricilər: 12 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. - görülən işlər: torpaq işləri 42%, yol geyimi 23%, boru və keçidlərin tikintisi 21% icra olunub. Yolun 300 m hissəsində asfalt-beton örtüyün alt layı tikilib. - işlərin başa çatdırılması: 2022-ci il. 2. Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolu - texniki göstəricilər: 22 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. - görülən işlər: mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yol əsası tikilir. - işlərin başa çatdırılması: 2022-ci il. 3. Bərdə – Ağdam avtomobil yolu - texniki göstəricilər: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. - görülən işlər: torpaq işləri 57%, yol geyimi 19%, boru və keçidlərin tikintisi işləri 45%, körpülərin tikintisi 93% icra olunub. - işlərin başa çatdırılması: 2022-ci il. 4. Qubadlı - Eyvazlı avtomobil yolu - texniki göstəricilər: 28.5 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. - görülən işlər: yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb. - işlərin başa çatdırılması: 2022-ci il. 5. Qubadlı - Mahmudlu - Yazdüzü - Ermənistan sərhədi avtomobil yolu - texniki göstəricilər: 26,4 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. - görülən işlər: yolun layihələndirməsi işləri aparılır. - işlərin başa çatdırılması: 2022-ci il 6. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi - texniki göstəricilər: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. - görülən işlər: yollarda torpaq işləri 83%, torpaq yatağının və yol geyiminin tikintisi işləri 25%, boruların tikintisi 95%, yol nişanları 82% icra olunub. - işlərin başa çatdırılması: 2022-ci il. 7. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi - texniki göstəricilər: 32 km, III texniki dərəcəli, 2 hərəkət zolaqlı. - görülən işlər: avtomobil yolunun layihələndirilməsi ilə parallel olaraq, torpaq işləri həyata keçirilir, 13-24 cü km hissədə torpaq yatağının və 1 körpünün tikintisi davam etdirilir. - işlərin başa çatdırılması: 2022-ci il. 8. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi - görülən işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 ha sahədə ərazinin təmizlənməsi işləri görülür - işlərin başa çatdırılması: 2022-ci il 9. Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu - texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.- görülən işlər: Yolun ilk 8.5 km və 9-22-ci km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir. - işlərin başa çatdırılması: 2022-ci il. 10. Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu - texniki göstəricilər: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. - görülən işlər: Qubadlı - Laçın istiqamətində 45 km, Xanlıq istiqamətində 14 km hissədə torpaq yatağının və körpülərin tikintisi işləri aparılır. Torpaq işləri 47%, yol geyimi 10%, boru və keçidlərin tikintisi 25%, körpülərin tikintisi 24%, istinad divarlarının tikintisi 22% icra olunub. - işlərin başa çatdırılması: 2023-cü il. 11. Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil - texniki göstəricilər: 39.7 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. - görülən işlər: torpaq işləri 58%, yol geyimi 17%, boru və keçidlərin tikintisi 64%, körpülərin tikintisi 56% icra olunub. - işlərin başa çatdırılması: 2023-ci il. 12. Ağdam – Füzuli avtomobil yolunun tikintisi - texniki göstəricilər: 64,8 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. - görülən işlər: torpaq işləri icra olunur, paralel olaraq layihələndirmə aparılır. Torpaq işləri 3% icra olunub. - işlərin başa çatdırılması: 2023-cü il. 13. Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu - texniki göstəricilər: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı. - görülən işlər: layihə boyu torpaq yatağı inşa olunur, həmçinin 8 körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır. - işlərin başa çatdırılması: 2024-cü il. 14. Əhmədbəyli - Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd yeni avtomobil yolu - texniki göstəricilər: 123.6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. - görülən işlər: yol boyu torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 50%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 48% icra olunub. - işlərin başa çatdırılması: 2024-cü il. 15. Kəlbəcər -– Laçın avtomobil yolu - texniki göstəricilər: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 km. - görülən işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2% təşkil edir. - işlərin başa çatdırılması: 2025-ci il. 16. Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu - texniki göstəricilər: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, Murovdağ tuneli – 11.6 km; tunel 1 – 6.3 km. - görülən işlər: yolun 12-13 və 26-28 km-də torpaq yatağının inşası, həmçinin zəruri nöqtələrdə suötürücü boruların inşası davam edir. 8.5-8.7 və 12.8-13.5-ci km hissələrdə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-26.5-ci km-də kanalın inşası isə davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb. - işlərin başa çatdırılması: 2026-cı il.
Geri dön |