Ana Sayfa > Karusel / Gündəm > "Bursaspor"un baş məşqçisi Namik Ələskərova xəbərdarlıq edib
"Bursaspor"un baş məşqçisi Namik Ələskərova xəbərdarlıq edib16-03-2022, 00:26. Yazar: Admin |
Türkiyə "Bursaspor"unun baş məşqçisi Mustafa Er komandanın iki futbolçusu - Namik Ələskərovla Burak Altıparmaka xəbərdarlıq edib. Qarabaginfo.az yerli mətbuata istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis sarı vərəqə limitində olan hər iki yarımmüdafiəçidən "Balıkesirspor"a qarşı I Liqanın 29-cu tur matçında diqqətli oynamağı istəyib. Hazırda passivlərində üç sarı vərəqə olan yarımmüdafiəçilər növbəti xəbərdarlıqdan sonra cəzalı duruma düşəcəklər. Qeyd edək ki, "Bursaspor" hazırda 25 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Geri dön |