Ana Sayfa > Karusel / Gündəm > "Qarabağ" Fransa klubunun hücumçusu ilə danışıqlar aparır
"Qarabağ" Fransa klubunun hücumçusu ilə danışıqlar aparır15-03-2022, 23:46. Yazar: Admin |
"Qarabağ" Fransanın "Red Star" klubunda icarə əsasında çıxış edən kot d İvuarlı futbolçu Mussa Quellə maraqlanır. Qarabaginfo.az-ın məlumatına görə, "köhlən atlar" 23 yaşlı hücumçunun çıxışını yaxından izləyir. Müqavilə ilə "Valensyen"ə məxsus olan forvard bu mövsüm 23 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. İddiaya görə, danışıqlar uğurla nəticələnəcəyi halda, gənc oyunçu Ağdam klubuna keçəcək. Qeyd edək ki, Mussa Quel daha əvvəl "Loryen" və "Keviyi Ruan" komandalarında çıxış edib. Geri dön |