Ana Sayfa > Karusel / Gündəm > Bayden martın sonunda Brüssedə NATO-nun fövqəladə sammitinə qatılacaq

Bayden martın sonunda Brüssedə NATO-nun fövqəladə sammitinə qatılacaq


15-03-2022, 23:08. Yazar: Admin

ABŞ Prezidenti Cozef Bayden martın sonunda Brüsselə səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Psaki deyib ki, Bayden Brüsseldə martın 24-də keçiriləcək NATO-nun fövqəladə sammitinə qatılacaq.

"ABŞ dövlət başçısı Rusiyanın Ukraynaya qarşı hücumlarına cavab olaraq müttəfiqlərlə birgə planlaşdırılan tədbirləri müzakirə etməyi planlaşdırır”, - Ağ Evin mətbuat katibi qeyd edib.


Geri dön