Ana Sayfa > Karusel / Dünya > Rusiya hökuməti istefaya getdi
Rusiya hökuməti istefaya getdi15-01-2020, 17:59. Yazar: Admin |
Rusiya hökuməti istefaya gedib. Qarabaginfo “TASS”a istinadən verdiyi xəbər verir ki, bu barədə Rusiya Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinlə görüşü zamanı bildirib. “Rusiya Federasiyası Konstitusiyasının 117-ci maddəsinə əsasən Rusiya Federasiyası hökuməti hazırkı tərkibdə istefaya göndərildi”, -deyə Medvedev açıqlayıb. O, izah edib ki, bu qərar Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlıdır. “Rusiya Federasiyasının rəhbər şəxsləri kimi ölkəmizin Prezidentinə bu qərarları qəbul etmək üçün bütün lazımi şəraiti yaratmalıyıq”, - deyə Medvedev əlavə edib. Putin fəaliyyətinə görə Medvedevə və komandasına təşəkkür edib.
Geri dön |