Ana Sayfa > Karusel / Gündəm > Ağdamda şəhid ailələri ilaxır çərşənbəni qeyd ediblər

Ağdamda şəhid ailələri ilaxır çərşənbəni qeyd ediblər


15-03-2022, 22:28. Yazar: Admin

Ağdamda şəhid ailələri ilaxır çərşənbəni qeyd ediblər

Ağdamda şəhid ailələri ilaxır çərşənbəni Şəhidlər Xiyabanında qeyd ediblər.

Qarabaginfo.az-ın xəbərinə görə, onlar əvvəlcə rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında uyuyan qəhrəman Azərbaycan övladlarının məzarını ziyarət ediblər. Daha sonra xiyabanın ərazisində rəmzi tonqal qalayaraq bayramı qeyd ediblər.

Toplantıda şəhid ailələri ilə yanaşı vətən müharibəsi qaziləri və rayon sakinləri də iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsini hər zaman ehtiramla anacaqlarını bildiriblər.


Geri dön