Avropa İttifaqı (Aİ) rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim edib
Qarabaginfo.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Yeni siyahıda biznesmen Roman Abramoviç, "Pervıy kanal"ın direktoru Konstantin Ernst, “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev, teleaparıcı Artem Şeynin, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin var.