ABŞ Prezidenti Co Bayden Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı Nümayəndəliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Prezident Co Bayden NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının martın 24-də keçiriləcək fövqəladə iclasında iştirak etmək üçün NATO-nun baş qərargahı yerləşən Brüsselə səfər edəcək.