Ana Sayfa > Karusel / Siyasət > Rusiya Avropa Şurasından çıxıb

Rusiya Avropa Şurasından çıxıb


15-03-2022, 20:17. Yazar: Admin

Совет Европы останавливает членство РФ в организации

Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.

“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”, - Tolstoy vurğulayıb.

Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi ölkənin Avropa Şurasından çıxmaq qərarına gəldiyini açıqlayıb. Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks da öz növbəsində bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüklə bağlı qərar qəbul edəcək.


Geri dön