Ana Sayfa > Karusel / Siyasət > NATO: Rusiyanı kimyəvi silahların istifadəsindən çəkinməyə çağırırıq

NATO: Rusiyanı kimyəvi silahların istifadəsindən çəkinməyə çağırırıq


15-03-2022, 19:13. Yazar: Admin

Yens Stoltenberq

Rusiya Ukraynada kimyəvi silahlardan istifadə edəcəyi təqdirdə, NATO tərəfindən hərbi reaksiya olmayacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

“Kimyəvi silahlardan istifadə beynəlxalq hüququn kəskin şəkildə pozulmasıdır. Biz Rusiyanı öz hərbi qüvvələrini Ukrayna torpaqlarından çıxarmağa və xüsusilə də, orada kimyəvi silahların istifadəsindən qəti şəkildə çəkinməyə çağırırıq. Rusiya artıq kimyəvi silahlardan istifadə edib - müxalifətə qarşı və ya Suriyada Əsəd rejiminə dəstək verərkən. Biz bir daha vurğulayırıq ki, kimyəvi silahlardan istifadə istənilən halda qəbuledilməzdir və Rusiya bunu başa düşməlidir. Biz vəziyyəti diqqətlə izləyirik”, - NATO Baş katibi deyib.

O deyib ki, Moskvanın Ukraynada kimyəvi silahlarla bağlı iddiaları tamamilə yalandır.

“Əksinə biz narahatıq ki, Moskva Ukraynada kimyəvi silahlardan istifadə edərək əməliyyat keçirə bilər”.

Baş katib ABŞ Prezidenti Baydenin xəbərdarlığını xatırladıb: “ABŞ Prezidenti də bildirib ki, əgər Rusiya buna cəhd edərsə, bunun ölkə üçün ağır bədəli olacaq. Ancaq mən NATO tərəfindən hər hansı hərbi cavabın olacağını gözləmirəm, nəzərə alsaq ki, hərbi alyansın NATO müttəfiqlərini müdafiə etmək məsuliyyəti var”.


Geri dön