Ana Sayfa > Karusel / İqtisadiyyat > «Bravo» bizdən hər məhsula görə - 

«Bravo» bizdən hər məhsula görə - 


15-01-2020, 15:58. Yazar: Admin

 

«Bravo» bizdən hər məhsula görə - 500 MANAT İSTƏYİR» - İŞ ADAMI | FED.az

Azərbaycanda iri marketlər şəbəkəsi burada satışa çıxarılan istənilən məhsulun sistemə daxil edilməsi üçün iş adamlarından böyük məbləğlər tələb edirlər.

Eləcə də bax: Azərbaycanda böyük supermarketlərin sahibləri kimlərdir? - SİYAHI, MARAQLI FAKTLAR

Qarabaginfo xəbər verir ki, bunu "FED.az"a «Mister B» bal istehsalçısı şirkətinin rəhbəri Cavid Kərimov bildirib.

Onun sözlərinə görə, məhsulun yalnız market sistemindəki satışda olan malların siyahısına daxil edilməsi - yəni bar kod  alması üçün böyük məbləğlər tələb edilir. «Barkod üçün ödənişin sistemdə məhsulu tanıtmaq üçün istənilir. Məhsulun yerləşdiyi rəflər üçün icarə haqqı isə ayrıca hesablanır».

Eləcə də bax: 3 yeni "Bravo" istifadəyə veriləcək - ÜNVANLAR

İş adamı bildirir ki, müxtəlif marketlərin bu xidmətə görə tələb etdiyi məbləğ fərqlidir. Ən böyük məbləği «Bravo» market tələb edir. «Qaydalara görə, hər barkoda görə, 500 manat ödənməlidir və bu qiymətə ƏDV daxil deyil»-deyə C.Kərimov bildirib.

İş adamı bildirir ki, söhbət təkcə bir məhsuldan getmir: «Bir marketdə təmsil olunmaq üçün minimum 10-15 məhsul çıxarmaq lazımdır. Bunların hər biri üçün də barkod almaq lazımdır». Başqa sözlə, 10 adda məhsulun marketdə təkcə satışa çıxarılması üçün bir neçə min manat tələb olunur.

İş adamı bildirir ki, «barkod» haqqı «Bazar Store»də 200-300 manat arasında dəyişir, «Araz» marketdə isə vaxtilə 100-150 manat olub. İndi onlar da qiymətləri qaldırıblar. Hazırda «Araz» marketdə də barkod qiyməti demək olar «Bravo» ilə eynidir». -deyə Cavid Kərimov bildirib.

İş adamının sözlərinə görə, bu tələblər zamanı mal satıcısının böyük və ya kiik olmasına, yerli və xarici istehsalçı olmasına fərq qoyulmur. Nəticədə xüsusilə yerli kiçik istehsalçılar əlavə xərcə düşürlər. Nəticədə bu xərclər satılan məhsulun üzərinə əlavə edilir və yerli məhsullar xaricdəki daha ucuz analoqlarına uduzurlar.

FED.az məlumatda adı çəkilən şirkətlərə bununla bağlı sorğu göndərib.


Geri dön