Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan aeroportlarında sərnişin axını kəskin artıb

Azərbaycan aeroportlarında sərnişin axını kəskin artıb


15-03-2022, 16:10. Yazar: Admin

Azərbaycan aeroportlarında sərnişin axını kəskin artıb

Bu ilin fevral ayında Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 255 min sərnişinə xidmət göstərib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Qarabaginfo.az-a  verilən məlumata görə, ümumilikdə ilin əvvəlindən bütün aeroportlar üzrə sərnişin axını 546 min nəfər təşkil edib ki, bunun da 80%-i Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 167 min və 52 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 38%-ni və 12%-ni təşkil edir.

Məlumata görə, 2022-ci ilin fevral ayında 24 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib. Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirib.

2022-ci ilin mart ayından etibarən Ukraynada baş verən hadisələrlə əlaqədar Ukrayna, Rusiya və Belarusa uçuşlar müvəqqəti olaraq dayandırılıb.(Apa)


Geri dön