Ana Sayfa > Karusel / Region > Gürcüstan Prezidenti konstitusiyanı pozmaqda ittiham olunur

Gürcüstan Prezidenti konstitusiyanı pozmaqda ittiham olunur


15-03-2022, 12:57. Yazar: Admin

Gürcüstan Prezidenti konstitusiyanı pozmaqda ittiham olunur

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası Prezident Salome Zurabişvilini beynəlxalq səfərləri ilə əlaqədar konstitusiyanı pozmaqda ittiham edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə partiyanın Siyasi Şurasının bəyanatında qeyd olunub.

Bildirilib ki, Prezident beynəlxalq müzakirələri yalnız Gürcüstan hökumətinin icazəsi ilə apara bilər, lakin Zurabişvili ötən gün bu qaydanı pozduğunu parlamentdə çıxışı zamanı etiraf edib.

"Bu səfərlər hökumətlə məsləhətləşmədən Prezidentin özü tərəfindən planlaşdırılıb və hökumət yalnız sonradan məlumatlandırılıb. Bu, Prezidentin konstitusiyanı qəsdən pozduğunu təsdiqləyir", - bəyanatda bildirilib.

Qeyd olunub ki, partiya yaxın günlərdə məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edəcək.


Geri dön