Ana Sayfa > Karusel / Kriminal > Dələduz "bankir" DİN rəsmisinə kredit təklif etdi - FOTOLAR

Dələduz "bankir" DİN rəsmisinə kredit təklif etdi - FOTOLAR


15-03-2022, 12:50. Yazar: Admin

Dələduz “bankir” DİN rəsmisinə kredit təklif etdi – FOTOLAR

Özünü bank rəhbəri kimi təqdim edən şəxs Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə +229 96 90 47 35 nömrəsindən – “WhatsApp” üzərindən mesaj yazaraq, şəxsi məlumatlarını ələ keçirməyə cəhd edib.

Qarabaginfo.az xəbər verir ki, DİN rəmisi bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“WhatsApp” üzərindən mənimlə yazışır. Kredit təklif edir. Nömrə feykdir. Yazı ifadəsindən aydın duyulur ki, tərcümə ilə yazır. Şəxsi məlumatları istəyir”, şöbə rəisi bildirib.

E.Hacıyev yazışmanı əks etdirən fotoları da ictimailəşdirib.

  


Geri dön