Qarabaginfo.az xəbər verir ki, polkovnik Sergey Poroxninin “ləğv edilməsi” barədə məlumat sosial şəbəkələrdə Maks Aleksberq adlı istifadəçi tərəfindən yayılıb. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanlığı özünün Facebook səhifəsində məlumatı təsdiqləyib.
Polkovnik Poroxnin mühəndis qoşunlarının polkovniki olub. Onun komandiri olduğu 12-ci əlahiddə qvardiya mühəndis briqadası Mərkəz Hərbi Dairəsinin tərkibindədir və Başqırdıstanda, cənubi Uralda dislokasiya olunub. Hərbi hissənin vəzifəsi ərazilərin minalanması, bərə-keçidlərin qurulması və müvəqqəti körpülərin salınması, istehkamların qurulmasıdır.