Ana Sayfa > Karusel / Qarabağ > Mina təmizlənməsi ilə bağlı ölkəyə yeni texnikalar gətiriləcək

Mina təmizlənməsi ilə bağlı ölkəyə yeni texnikalar gətiriləcək


15-03-2022, 11:47. Yazar: Admin

Mina təmizlənməsi ilə bağlı ölkəyə yeni texnikalar gətiriləcək

“Ötən il işğaldan azad olunan ərazilərdə 20 000 hektardan çox ərazi minalardan təmizlənib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.

O qeyd edib ki, bu sahə hökumətin diqqətindədir və minaların təmizlənməsi ilə bağlı ölkəmizə yeni texnikalar gətiriləcək: “Bu il 40 min hektardan çox ərazinin minadan təmizlənməsi planlaşdırılır”.


Geri dön