Ana Sayfa > Karusel / Cəmiyyət > Dövlət qurumundan 37 minlik oğurluq edərkən saxlanıldılar - Foto
Dövlət qurumundan 37 minlik oğurluq edərkən saxlanıldılar - Foto15-03-2022, 11:21. Yazar: Admin |
Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğurlluq etmək istəyən dəstə saxlanılıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Alunit” İstehsalat Sahəsinin ərazisindən külli miqdarda metal məfti (tros) və çəpərləri oğrulamağa cəhd edən şəxslər iş başında yaxalanıb. Bir qrup şəxs halında dövlət əmlakını gizli yolla talamağa cəhd edən Daşkəsən rayon sakinləri Niyazi Məmmədov, Vüqar Alıyev, Eşqin İmamverdiyev və Elnur Əsgərov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mart ayının 11-də elektrikli mişar və digər alətlər vasitəsi ilə ərazidəki ümumi dəyəri 36 993 manat olan kanat yolunun qoruyucu çəpərlərini saxlayan 1600 metr uzunluğundakı metal məftil (tros) və 400 metr uzunluğundakı dəmir çəpərləri oğurlamağa cəhd ediblər. Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Daşkəsən RPŞ-də istintaq-əməliyyat tədbirləri davam etdirilir. Geri dön |