Ana Sayfa > Karusel / Dünya > BMT baş katibi nüvə müharibəsinin mümkünlüyünü təsdiqlədi

BMT baş katibi nüvə müharibəsinin mümkünlüyünü təsdiqlədi


15-03-2022, 10:31. Yazar: Admin

BMT-nin baş katibi Antonio Quterreş nüvə münaqişəsi perspektivinin bir daha mümkün olduğunu deyib. Onun martın 14-də çıxışı təşkilatın saytında yayımlanıb.

"Rusiya nüvə qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi qan donduran hadisədir. Əvvəllər ağlasığmaz olan nüvə münaqişəsi perspektivi indi yenidən mümkündür. Nüvə obyektlərinin təhlükəsizliyi də qorunmalıdır", - Quterreş jurnalistlərə bildirib.


Geri dön