Çernobıl Atom Elektrik Stansiyasında elektrik enerjisinin verilişi bərpa edilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Tvitter səhifəsində məlumat yayılıb.
“Elektrik təchizatı xətti növbəti dəfə zədələndikdən sonra xarici enerji təchizatının yenidən bərpa olunub”, - deyə məlumatda deyilir.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi zamanı martınn 9-da Çernobıl Atom Elektrik Stansiyasının enerjisi tamamilə kəsilmişdi.