Ana Sayfa > Karusel / Region > Cənubi Koreya Ukraynaya hərbi yardım göndərəcək
Cənubi Koreya Ukraynaya hərbi yardım göndərəcək15-03-2022, 08:02. Yazar: Admin |
Cənubi Koreyanın Milli Müdafiə Nazirliyi Ukraynaya hərbi yardım göndərməyi planlaşdırır. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb. Söhbət öldürücü olmayan silahlardan gedir Ukraynaya dəbilqələr, quru yeməklər, ilk tibbi yardım çantası, çadırlar - ümumilikdə 20-yə yaxın məhsul göndəriləcək. Yardımın dəyəri 804.000 dollar olaraq qiymətləndirilir. Bundan əvvəl Rusiya hökuməti dost olmayan ölkələrin siyahısını təsdiqləyib. Siyahıya ABŞ və Kanada, Avropa İttifaqı ölkələri, Böyük Britaniya və onun ada əraziləri, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, Yaponiya, Cənubi Koreya daxildir. Geri dön |