Ana Sayfa > Karusel / Dünya > Rusiyalı milyarder Roman Abramoviçin şəxsi təyyarəsi İstanbula eniş edib

Rusiyalı milyarder Roman Abramoviçin şəxsi təyyarəsi İstanbula eniş edib


15-03-2022, 02:15. Yazar: Admin

Rusiyalı milyarder Roman Abramoviçin şəxsi təyyarəsi İstanbula eniş edib

İsrailin Tel-Əviv şəhərinin Ben Qurion Hava Limanından havaya qalxan rusiyalı milyarder Roman Abramoviçin şəxsi təyyarəsi təxminən 2 saatlıq uçuşdan sonra yerli vaxtla saat 18:11-də Türkiyənin İstanbul şəhərinin Hava Limanına eniş edib.

Eyni zamanda qeyd edilir ki, Abramoviçin təyyarədə olub-olmadığı məlum deyil.

Dünən Rusiyanın paytaxtı Moskvadan havaya qalxan Abramoviçin təyyarəsi axşam saatlarında Təl-Əvivə eniş edib. Abramoviçin sonuncu dəfə dünən Tel-Əvivin Ben Qurion hava limanına enib.(Report)


Geri dön