Ana Sayfa > Karusel / Dünya > ABŞ Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı sanksiya irəli sürə bilər

ABŞ Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı sanksiya irəli sürə bilər


15-03-2022, 01:42. Yazar: Admin

 

 

ABŞ Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı sanksiya irəli sürə bilər

ABŞ Dövlət Departamenti Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı mümkün sanksiyaları inkar etməyib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays Moskvaya dəstək verdiyinə görə Vaşinqtonun Pekinə qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Biz bunun nə ilə nəticələnə biləcəyini açıqlamaq fikrində deyilik. Aydındır ki, hazırda biz belə bir ehtimalı nəzərdən keçirmək istəmirik”, - deyə diplomat bildirib.

Ned Prays bildirib ki, iki ölkə arasında əməkdaşlığın gələcəkdə hansı səviyyədə olması sual doğurur.(Apa)


Geri dön