Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan XİN Səudiyyə Ərəbistanında zavoda edilən hücumu pisləyib
Azərbaycan XİN Səudiyyə Ərəbistanında zavoda edilən hücumu pisləyib14-03-2022, 19:51. Yazar: Admin |
Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanında neft emalı zavoduna edilən hücumu pisləyib. Qarabaginfo.az-ın xəbərinə görə, XİN bu barədə "Twitter"də bildirib:
"Bu günlərdə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş apatatı vasitəsilə edilən hücumu pisləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə bu ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir" - Azərbaycan XİN-in açıqlamasında qeyd edilib. Geri dön |