Ana Sayfa > Karusel / Siyasət > Kuleba və Çavuşoğlu arasında telefon danışığı olub

Kuleba və Çavuşoğlu arasında telefon danışığı olub


14-03-2022, 19:49. Yazar: Admin

Mövlud Çavuşoğlu-Dmitri Kuleba

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Ukrayna XİN başçısı "Twitter"də bildirib:

"Dostum Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün Türkiyənin davam edən səyləri barədə mənə məlumat verdi. Biz, Ukraynada sülhün bərqərar edilməsi üçün birgə addımlarımızın koordinasiyasının davam etdirilməsinə razılaşdıq. Bu çətin zamanda göstərdiyi həmrəyliyə görə Türkiyəyə təşəkkür edirəm" - D. Kuleba qeyd edib.


Geri dön