Ana Sayfa > Karusel / Siyasət > Zelenski ABŞ Konqresinə müraciət edəcək

Zelenski ABŞ Konqresinə müraciət edəcək


14-03-2022, 19:42. Yazar: Admin

Zelenski ABŞ Konqresinə müraciət edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski martın 16-da ABŞ Konqresinə müraciət edəcək.

Qarabaginfo.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senat çoxluğunun lideri Çak Şumer Konqres üzvlərinə məktub göndərib.

“Ukrayna Prezidenti çərşənbə günü, martın 16-da səhər saat 9:00-da Senat və Nümayəndələr Palatasının birgə iclasında Konqres üzvləri qarşısında çıxış edəcək”, - məktubda deyilir.

Bundan başqa, məktubda ABŞ-ın Ukrayna xalqına verdiyi dəstəyin davam edəcəyi vurğulanıb.


Geri dön