Ana Sayfa > Karusel / Siyasət > XİN Ər-Riyada edilən PUA hücumunu pisləyib
XİN Ər-Riyada edilən PUA hücumunu pisləyib14-03-2022, 19:40. Yazar: Admin |
Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatlarının hücumunu pisləyib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub. “Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan Səudiyyə Ərəbistanı ilə ölkənin təhlükəsizliyini, sabitliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün həyata keçirdiyi tədbirlərdə həmrəy olduğunu bildirir”, - tvitdə bildirilib. Geri dön |