Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan millisi seçmə mərhələni xalsız başa vurub

Azərbaycan millisi seçmə mərhələni xalsız başa vurub


14-03-2022, 19:27. Yazar: Admin

İDMAN TV

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəni dayandırıb.

Qarabaginfo.az-ın məlumatına görə, B Liqasında yer alan yığma III qrupdakı sonuncu matçında Şotlandiya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komanda qrupdakı ilk iki oyunda Albaniyaya 0:1, Şimali Makedoniyaya isə 0:3 hesabı ilə uduzub.

Beləliklə, Azərbaycan yığması seçmə mərhələni xalsız və qrup sonuncusu olaraq başa vurub.


Geri dön