Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan boksçusu Avropa çempionatının 1/8 finalına yüksəlib
Azərbaycan boksçusu Avropa çempionatının 1/8 finalına yüksəlib14-03-2022, 19:25. Yazar: Admin |
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Qarabaginfo.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub. Boksçumuz Nəbi İsgəndərov 1/16 final mərhələsi çərçivəsində Luka Nikabadze (Gürcüstan) ilə qarşılaşıb. 67 kq çəki dərəcəsində baş tutan görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionu 1/8 finalda ilk görüşdən azad olan Alen Ahmetoviçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş martın 15-də olacaq. Yığmamızın digər üzvü Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda şotlandiyalı Hikki Samla qarşılaşıb və rəqib mərhələ adlayıb. Qeyd edək ki, martın 15-də Nəbi İsgəndərov və millimizin digər boksçusu – Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq. Geri dön |