Ana Sayfa > Karusel / Dünya > Putinin kürəkəni olmuş şəxsin villasına Ukrayna bayrağı asıldı

Putinin kürəkəni olmuş şəxsin villasına Ukrayna bayrağı asıldı


14-03-2022, 19:04. Yazar: Admin

Putinin kürəkəni olmuş şəxsin villasına Ukrayna bayrağı asıldı

Fransanın cənub bölgəsindəki Biarritz kurort şəhərində ukraynayönlü fəallar Rusiya prezidenti Vladimir Putinin keçmiş kürəkəni Kirill Şamalovun villasına basqın ediblər. 

Qarabaginfo.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə ilə bağlı polis sarı jiletli fəal Pyer Haffneri saxlayıb.

Fransa mətbuatında yer alan xəbərə görə, "Sarı jiletlilər"in Bask bölgəsindəki öndə gedən adlarından biri olan Pyer Haffner də daxil olmaqla, bir çox insan Putinin qızının keçmiş həyat yoldaşı Katerina Tixonovanın villasına basqın edərək, binada Ukrayna bayrağı asıb. 

Şamalovun malikanəsinə daxil olan fəallar villanı ukraynalı qaçqınlar üçün rezerv etmək istədiklərini açıqlayıblar.


Geri dön