Bu ilin yanvar ayında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 3 490,8 min ton olub, bu da illik müqayisədə 6,5% çoxdur.
Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövrü yüklərin 1 959,8 min tonu və ya 56,2%-i avtomobil nəqliyyatı, 1 125,3 min tonu və ya 32,2%-i dəmir yolu nəqliyyatı, 405,7 min tonu və ya 11,6%-i dəniz nəqliyyatı ilə daşınıb.
Məlumata görə, dəhliz vasitəsilə daşınmış yüklərin 23,1%-i və ya 806,3 min tonunu tranzit yüklər təşkil edib.