Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması barədə xəbər vermişdik.
Qarabaginfo.az-ın məlumatına görə, artıq F.Mirzəyevlə bağlı ibtidai istintaq dövrü üçün ilkin qərar verilib.
Bakı Hərbi Məhkəməsində DTX-nin F.Mirzəyevlə bağlı təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Sabiq rəis 2020-ci il iyununda MN-dəki vəzifəsindən çıxarılıb. Polkovnik xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.