Ana Sayfa > Karusel / Region > Ermənistanda silah taciri 100 min dollar girov müqabilində sərbəst buraxılıb
Ermənistanda silah taciri 100 min dollar girov müqabilində sərbəst buraxılıb14-03-2022, 16:19. Yazar: Admin |
Ermənistan Apellyasiya Məhkəməsi iş adamı, silah taciri David Qalstyanı zaminə buraxıb. Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə iş adamının vəkili Armen Andrikyan açıqlama verib. “Məhkəmə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətimizi təmin edərək onun 50 milyon dram (100 min dollar) girov qarşılığında ev dustaqlığına buraxılması barədə qərar verib. Məhkəmənin qərarını almışıq və məbləğ ödənildikdən sonra Qalstyan azadlığa buraxılacaq”, - vəkil bildirib. Xatırladaq ki, David Qalstyan sabiq müdafiə naziri David Tonoyanla birlikdə 2021-ci ilin sentyabrında həbs olunub. Onlar döyüş sursatlarının satışı zamanı pozuntulara yol verməkdə təqsirləndirirlər. Təqsirləndirilən şəxslər isə bunu inkar edir. Geri dön |