Ana Sayfa > Karusel / Cəmiyyət > Şəmkirdə avtomobil atəşə tutulub

Şəmkirdə avtomobil atəşə tutulub


14-03-2022, 14:21. Yazar: Admin

 

Şəmkirdə avtomobil atəşə tutulub
Şəmkir rayonunda çay evində insident olub, avtomobil atəşə tutulub.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində biri-birilərini döymələri, E.Nağıyevin ov tüfəngindən açdığı atəşin kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar.

E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Geri dön