Ana Sayfa > Karusel / Təhsil > IX sinif üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb
IX sinif üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb14-03-2022, 12:08. Yazar: Admin |
||||||||||||||
|
|
|
Tarix |
Şəhər (rayon) |
|
16.04.2022 |
Sabunçu, Sumqayıt (I hissə), Gəncə (Kəpəz), Qax, Balakən, Lənkəran, Ağdam, Tərtər, İsmayıllı, İmişli, Qusar, Biləsuvar, Gürcü bölməsində təhsil alanlar. |
|
17.04.2022 |
Binəqədi, Səbail, Abşeron (I hissə), Gəncə (Nizami), Oğuz, Zaqatala, Astara, Ağcəbədi, Şamaxı, Saatlı, Şabran, Siyəzən, Xızı. |
|
23.04.2022 |
Qaradağ, Yasamal, Sumqayıt (II hissə), Goranboy, Naftalan, Tovuz, Cəlilabad (I hissə), Beyləqan, Ağdaş, Ağsu, Şirvan, Xaçmaz (I hissə), Qobustan, Hacıqabul. |
|
24.04.2022 |
Xəzər, Xətai, Abşeron (II hissə), Mingəçevir, Şəmkir, Masallı (I hissə), Füzuli, Ucar, Zərdab, Neftçala, Quba (I hissə) |
|
30.04.2022 |
Nəsimi, Nərimanov, Naxçıvan MR, Göygöl, Daşkəsən, Qazax, Gədəbəy, Cəlilabad (II hissə), Lerik, Şəki, Bərdə, Göyçay, Sabirabad, Xaçmaz (II hissə). |
|
01.05.2022 |
Suraxanı, Nizami, Pirallahı, Samux, Ağstafa, Masallı (II hissə), Yardımlı, Qəbələ, Yevlax, Kürdəmir, Salyan, Quba (II hissə), *Bakı xüsusi məktəblər, Çilov, ingilis və fransız bölmələrində təhsil alanlar. |
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Masallı, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, "hissə"lərlə adlandırılıb. Həmin gün hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat imtahandan 10 gün əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək.
Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis və fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan mayın 1-də, keçiriləcək. Gürcü bölməsi üzrə məzun olanlar isə imtahanı aprelin 16-da verəcəklər.