Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə ötən həftə icra olunan əməliyyatlar açıqlanıb.
ANAMA-dan Qarabaginfo.az-a verilən xəbərə görə, ötən həftə martın 7-dən 12-ədək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 7 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 82 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 86.9 hektar ərazi mina və PHS-lardan təmizlənib.