Ana Sayfa > Karusel / Cəmiyyət > Qeyri-sabit hava şəraiti davam edəcək, Bakıda sulu qar yağacaq

Qeyri-sabit hava şəraiti davam edəcək, Bakıda sulu qar yağacaq


14-03-2022, 11:29. Yazar: Admin

Quba, Qusar və Xızıya qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO

“Yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntının müşahidə ediləcəyi, küləyin arabir 15-18, bəzi rayonlarda 20-23 m/s-dək güclənəcəyi gözlənilir”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, temperatur rejimi aşağı olacaq, Bakıda 5-7 dərəcə intervalında dəyişəcək:

“Dağlıq rayonlarda gecə saatlarında 10-15, gündüz isə 3-8 dərəcə şaxta müşahidə olunacaq. Yağıntılar dağlıq və dağətəyi rayonlarda qar şəklində müşahidə ediləcək. Eyni zamanda, Bakıda və Abşeron yarımadasının bəzi şimal ərazilərində martın 15-dən 16-na keçən gecə yağışın sulu qarla qarışıq formada yağması ehtimal edilir”.


Geri dön