Ana Sayfa > Karusel / Cəmiyyət > Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozuntusu - Foto
Rövnəq Abdullayevin maşını ilə kobud qayda pozuntusu - Foto14-03-2022, 10:51. Yazar: Admin |
İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevə məxsus avtomobillə yol hərəkəti qaydası pozulub. Qarabaginfo.az Avtosfer-ə istinadən xəbər verir ki, 90-AA-999 qeydiyyat nişanlı "Mercedes Maybach" markalı avtomobilin sürücüsü martın 13-də paytaxtın Əhməd Rəcəbli küçəsində dayanma-durma qaydasını kobud şəkildə pozub. Belə ki, sürücü həm avtobus zolağında, həm də avtobus dayanacağında avtomobili park edərək oradan uzaqlaşıb. Qeyd edək ki, 90-AA-999 qeydiyyat nişanlı avtomobil "Black Sapphire" şirkətinə məxsusdur. Həmin şirkətin Rövnəq Abdullayevə məxsus olduğu bildirilir. Eyni zamanda bu avtomobillə yanaşı 10-AA-999 və 99-AA-999 qeydiyyat nişanlı avtomobillər də Rövnəq Abdullayevə məxsusdur. Geri dön |