Ana Sayfa > Karusel / Region > Rusiya Suriya və Liviyada muzdlular toplayır

Rusiya Suriya və Liviyada muzdlular toplayır


13-03-2022, 23:04. Yazar: Admin

Rusiya Suriya və Liviyada muzdluların toplanılması üçün mərkəzlər açıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, təkcə Suriyada 14 belə mərkəz fəaliyyətə başlayıb. Burada muzdlular qısa müddət ərzində təlim keçdikdən sonra Xmeymim aviabazasından Moskva vilayətinin Çkalovski aviabazasına gətiriləcəklər.

 

Muzdluların Ukrayna hərbçilərinə qarşı ağır artilleriya və snayper silahlarından istifadə edəcəyi ehtimal olunur.

 

İddialara görə, Rusiya xarici muzdlulara aylıq 300 - 600 dollar arası maaş verəcək.(Modern.az)


Geri dön