Ana Sayfa > Karusel / Dünya > Almaniyada Ukraynaya dəstək nümayişləri keçirilib

Almaniyada Ukraynaya dəstək nümayişləri keçirilib


13-03-2022, 22:17. Yazar: Admin

 Almaniyada Ukraynaya dəstək nümayişləri keçirilib

Almaniyanın böyük şəhərlərində Ukraynaya dəstək nümayişləri keçirilib.

Qarabaginfo.az DPA agentliyinə istinadla xəbərinə görə, Berlində keçirilmiş nümayişdə 40 minədək adam iştirak edib. Onlar “Müharibəyə son”, “Müharibəni dayandırın” şüarları səsləndiriblər.

Frankfurtda keçirilən aksiyada iştirak edənlərin sayı 11 000 nəfərdən çox olub. Analoji nümayişlər Ştutqart, Leypsiq və Hamburqda da keçirilib.

40-dan çox QHT və assosiasiyanın təşkil etdiyi nümayişlərdə ölkə üzrə 125 mindən çox adam iştirak edib. Aksiyalarda heç bir ciddi qanun pozuntusu və polislə qarşıdurma qeydə alınmayıb.(Apa)


Geri dön