Ana Sayfa > Karusel / Gündəm > Rusiyada baş verən yanğında 3 uşaq ölüb

Rusiyada baş verən yanğında 3 uşaq ölüb


13-03-2022, 19:44. Yazar: Admin

Rusiyada baş verən yanğında 3 uşaq ölüb

Rusiyanın Kirov rayonunda baş verən yanğında 1,5-5 yaşları arasında 3 uşaq ölüb.

Qarabaginfo.az bildirir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb.

Məlumatda bildirilir ki, martın 13-nə keçən gecə Kotelniç şəhərində Rudnitskoqo küçəsində yerləşən yarımtikili yaşayış binası yanıb. Yanğın nəticəsində 2017, 2019, 2020-ci il təvəllüdlü uşaqlar ölüb. Yanğının səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.


Geri dön