Ana Sayfa > Karusel / Siyasət > NATO hansı halda müharibədə iştirak məsələsini müzakirə edəcək?
NATO hansı halda müharibədə iştirak məsələsini müzakirə edəcək?13-03-2022, 19:15. Yazar: Admin |
“Kütləvi qırğın silahlarından istifadə olunacağı təqdirdə NATO Ukraynadakı münaqişədə iştirak məsələsini müzakirə edəcək”. Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda bildirib. Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin liderləri Rusiya tərəfinin Ukraynada kütləvi qırğın silahlarından (KQS) istifadə edəcəyi təqdirdə alyansın gələcək hərəkətlərini və Ukrayna münaqişəsində iştirakını müzakirə etməli olacaqlar: “Əgər siz məndən Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə edə biləcəyini soruşsanız, məncə, Putin indi hər şeydən istifadə edə bilər, xüsusən də belə çətin vəziyyətdə. Əgər o kütləvi qırğın silahlarından istifadə edirsə, bu, hər şeyi dəyişəcək”. Qeyd edək ki, undan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın kimyəvi silahlarla əməliyyatlar planlaşdırmaqda şübhəli olduğunu bildirmişdi. Geri dön |