Ana Sayfa > Karusel / Dünya > Pentaqon: ABŞ Ukraynaya qarşı hər hansı kimyəvi hücuma dair əlamət görmür

Pentaqon: ABŞ Ukraynaya qarşı hər hansı kimyəvi hücuma dair əlamət görmür


13-03-2022, 19:09. Yazar: Admin

Con Kirbi

“ABŞ Ukraynaya qarşı hər hansı kimyəvi və ya bioloji hücuma dair heç bir əlamət görmür”.

Qarabaginfo.az bildirir ki, bunu bu gün ABC telekanalına müsahibəsində Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib:

“Mən ehtiyatlı olmaq istəyirəm, burada kəşfiyyat məlumatlarına girməyək. Biz vəziyyəti çox diqqətlə izləməyə davam edirik”.

Con Kirbi ABŞ rəsmilərinin Rusiyanın özünün etməyi planlaşdırdığı işlərə görə başqalarını günahlandırmağa çalışdığına dair iddiasını da təkrarlayıb.


Geri dön