Ana Sayfa > Karusel / Gündəm > Qazaxıstanda Nazarbayevin qardaşı oğlu saxlanılıb

Qazaxıstanda Nazarbayevin qardaşı oğlu saxlanılıb


13-03-2022, 18:57. Yazar: Admin

В Казахстане появится еще один нацпроект - «Ел Рухы» - События дня

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən mənimsəmədə şübhəli bilinərək saxlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə xidmətin mətbuat idarəsi məlumat yayıb.

Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldıulı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

“Onun dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır. İstintaq davam edir. İstintaqın maraqlarına cavab verən digər məlumatlar açıqlana bilməz”, - mətbuat xidmətindən bildiriblər.

Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) müxtəlif vəzifələrdə çalışıb, bizneslə məşğul olub.


Geri dön