Ana Sayfa > Karusel / Gündəm > Kikboksçumuz erməni idmançıya qalib gəldi

Kikboksçumuz erməni idmançıya qalib gəldi


13-03-2022, 17:41. Yazar: Admin

Kikboksçumuz erməni idmançıya qalib gəldi

Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasından Qarabaginfo.az-a verilən məlumata görə, 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz döyüşdə erməni əsilli Gürcüstan idmançısı Gela Xojeliana qalib gəlib.

Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO Avropa birinciliyinin qalibi, böyüklər arasında dünya çempionatının gümüş medalçısıdır.


Geri dön