Ana Sayfa > Karusel / Gündəm > Ukraynanın Nikolaev bölgəsində partlayış nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb

Ukraynanın Nikolaev bölgəsində partlayış nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb


13-03-2022, 16:31. Yazar: Admin

Ukraynanın Nikolaev bölgəsində partlayış nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb

Ukraynanın Nikolaev bölgəsində rus hərbçilərinin bombardmanı nəticəsində 9 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Qarabaginfo.az bildirir ki, bu barədə telemarafonda Nikolayevin meri Aleksandr Senkeviç məlumat verib.

 

O deyib ki, kaset bombardmanı olub:

“Onlar iki yaşayış sahəsini əhatə edirdi. 13 yaralı var, onlardan 7-si hazırda reanimasiyadadır, 9 nəfər dünyasını dəyişib. Bunlar bankomatda eyni sırada və ya ATB mağazasında növbəyə duran, əsasən yaşlı insanlardır. Sadəcə yaşayış məntəqələrini bombalayırdılar. Mərmilər uşaq meydançasına, fərdi evlərə düşüb. İndi biz özəl evlərdə ölən və ya yaralananların olub-olmadığını araşdırırıq, indi bu evlərə ekskursiya edirik”.


Geri dön