Ana Sayfa > Karusel / Dünya > “Bu faciənin şahidi olmamaq üçün ölmək istəyirdim”
“Bu faciənin şahidi olmamaq üçün ölmək istəyirdim”11-01-2020, 15:54. Yazar: Admin |
Tehranda hərbiçilər tərəfindən vurulan Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı məsuliyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit hərbi birləşməsi öz üzərinə götürüb. Qarabaginfo-nun "Qafqazinfo.az"a istinadən verdiyi xəbərə görə, korpusun aerokosmik qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə təyyarə qəzası barədə öyrəndikdən sonra ölmək istədiyini deyib: "Ukrayna təyyarəsinin qəzaya uğraması barədə eşidəndə bu faciənin şahidi olmamaq üçün ölmək istəyirdim. İranın hava hücumundan müdafiə sistemi təyyarəni kruiz raketi kimi qeydə alıb. Biz bütün məsuliyyəti öz üzərimizə götürürük və hakimiyyətin qəbul etdiyi hər hansı bir əmrə əməl etməyə hazırıq". İran Prezidenti Həsən Ruhani təyyarənin vurulması nəticəsində 167 sərnişin və 9 ekipaj üzvünün ölməsinə görə istintaqın davam edəcəyini və günahkarların cəzalandırılacağını vəd edib. Geri dön |