Ana Sayfa > Karusel / Qarabağ > BMT-nin qiynətləndirmə missiyasının işğaldan azad olunan ərazilərə səfəri başlayıb

BMT-nin qiynətləndirmə missiyasının işğaldan azad olunan ərazilərə səfəri başlayıb


13-03-2022, 00:56. Yazar: Admin

BMT-nin qiynətləndirmə missiyasının işğaldan azad olunan ərazilərə səfəri başlayıb

"BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər".

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov özünün tviter hesabında yazıb.

"Səfər zamanı ekspertlərə şəhərlərin dağıdılmış tarixi abidələri göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib", - deyə Emin Hüseynov əlavə edib.


Geri dön