Ana Sayfa > Karusel / Region > Zelenski: "Mariupol tam blokadadadır"

Zelenski: "Mariupol tam blokadadadır"


12-03-2022, 23:20. Yazar: Admin

Zelenski: "Mariupol tam blokadadadır"

“Azov dənizinin sahilində Ukraynanın ən böyük şəhəri Mariupol tam blokadadadır”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti videomüraciətində deyib.

Onun sözlərinə, görə, şəhər gecə-gündüz atəşə tutulur.

“Rus qoşunları Mariupolu raketlərlə vururlar. Onlar Mariupolda hətta doğum evini vurublar. Xəstəxanalar məhv edilir. Nə üçün?”, - deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, müharibə zamanı artıq onlarla xəstəxana, yüzlərlə məktəb, uşaq bağçası universitetlər dağıdılıb.


Geri dön