Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır
Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır

Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır


12-03-2022, 22:19. Yazar: Admin

Azərbaycan Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır

Azərbaycan 2022-ci ildə Avropaya qaz ixracını 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

“Trans-Adriatik Boru Kəməri istismara veriləndən indiyədək Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib. Bu il Türkiyəyə qaz ixracımızın həcmi 8,2 milyard kubmetrə, Avropaya isə artırılaraq 9,1 mlrd. kubmetrə çatacaq”,-deyə Pərviz Şahbazov bildirib.

Nazir vurğulayıb ki, ölkənin qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı Trans-Adriatik Boru Kəmərinin tərkib hissəsi olan Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır.


Geri dön